BAKI, 20 may. TELEQRAF

Yaponiya və ABŞ arasında mayın 23-də tarif danışıqlarının üçüncü raundu keçirilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, iqtisadiyyatın bərpası naziri Ryosei Akadzavanın ABŞ ilə tariflər və ticarət siyasəti ilə bağlı danışıqlarda Yaponiyanı təmsil edəcək və buna görə Vaşinqtona getməsi gözlənilir.

Yaponiya KİV-ləri xəbər verir ki, Yaponiya tərəfi daha əvvəl ABŞ-dən qarğıdalı və soya idxalının artırılması, gəmiqayırma sahəsində texniki əməkdaşlıq və idxal olunan Amerika avtomobillərinin yoxlanılması meyarlarına yenidən baxılmasını ehtiva edən təkliflər paketini nəzərdən keçirib.

Bunun müqabilində Yaponiya ABŞ-nin ixracyönümlü iqtisadiyyatının əsasını təşkil edən avtomobil və ehtiyat hissələrinə tətbiq etdiyi tarifləri, eləcə də polad və alüminium tariflərini ləğv etmək istəyir.

Yada salaq ki, Yaponiya və ABŞ artıq danışıqların iki raundunu keçirib. Tərəflər hələlik razılığa gəlməkdən uzaqdırlar.