BAKI, 20 may. TELEQRAF

Rusiya Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev Dövlət Dumasına deputat seçkilərinin nə vaxt keçiriləcəyini bildirib.

Teleqraf xəbər verir ki, MSK-nın sədr müavini seçkilərin 2026-cı il sentyabrın 20-də keçiriləcəyini bildirib.

O bildirib: “Qanuna görə, sentyabrın 20-si üçüncü bazar günüdür”.