BAKI, 20 may. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfərə gedəcək.

Teleqraf “Resmi Gazete”yə istinadən xəbər verir ki, ölkə başçısı Türk Dövlətləri Təşkilatının zirvə görüşündə iştirak edəcək. Qeyri-rəsmi zirvə toplantısı mayın 20-21-də Budapeştdə baş tutacaq.

“Şərq və Qərbin görüş nöqtəsi” adlanan toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan dövlət başçılarının iştirakı gözlənilir. Təşkilatın müşahidəçi üzvləri olan Şimali Kipr Türk Respublikası və Türkmənistan da toplantıya qatılacaq.

Dövlət başçıları prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ümumi məsələlərin həlli istiqamətində müzakirələr aparacaq.

Toplantıda təşkilatın ümumi strategiyasını və dünyaya baxışını ifadə edən Budapeşt bəyannaməsinin qəbul ediləcəyi gözlənilir.