BAKI, 19 may. TELEQRAF
Ukrayna Prezidneti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Rada telekanalı məlumat yayıb.
Söhbətin təfərrüatları açıqlanmayıb. Zelenski və Tramp Amerika liderinin Rusiya prezidenti Vladimir Putinlə söhbətindən sonra növbəti telefon danışığı aparmaq barədə razılığa gəliblər.
Trampın Putinlə danışıqdan sonra NATO ölkələrinin liderləri ilə telefon əlaqəsi yaradacağı da bildirilir.