BAKI, 19 may. TELEQRAF
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı başa çatdı.
Teleqraf xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Telefon danışığı iki saatdan artıq davam edib.
Görüşün nəticələri ilə bağlı Prezidentin sözçücü Dmitri Peskovun ya da Prezident köməkçisi Yuri Uşakovun geniş məlumat verəcəyi bildirilir.
20:01
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı hələ də davam edir.
Teleqraf xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti məlumat yayıb.
Görüş üçün konkret müddət müəyyən edilməyib.
Telefon danışığı Bakı vaxtı ilə saat 19.00-da başlamışdı və bir saatdan artıqdır ki, davam edir.
Vladimir Putinin danışıqları Kremlin "Sirius" təhsil kompleksindən apardığı bildirilir.
18:54
***
Prezident Tramp Prezident Putin arasında danışıqlar davam edir.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
18:44.
***
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
12:05
***
ABŞ Prezidenti Donald Tramp bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.
Teleqraf xəbər verir ki, D.Tramp bu barədə "Truth" sosial platformasında məlumat verib.
Prezident telefon danışığında atəşkəs və ticarət məsələlərini müzakirə olacağını bildirib.
D.Tramp Putinlə telefon danışığından sonra Ukrayna Prezidenti Volodimir Zelenski və NATO ölkələrinin rəhbərləri ilə əlaqə saxlayacağını da qeyd edib.
Telefon danışığının Bakı vaxtı ilə saat 17:00 radələrində baş tutacağı gözlənilir.