BAKI, 18 may. TELEQRAF

Argentinanın Buenos-Ayres şəhərətrafı qəsəbələrində və eyniadlı əyalətin bəzi şəhərlərində güclü yağışların yaratdığı daşqınlar səbəbindən 7 mindən çox insan təxliyə edilib.

Teleqraf xəbər verir ki, bu barədə “La Nacion” nəşri regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, azı üç nəfər itkin düşənlər siyahısındadır. Təxliyə edilənlərdən bəziləri fəlakət bölgəsini özbaşına tərk edib.

Mayın 16-dan etibarən Buenos-Ayres və onun ətraf ərazilərində güclü yağışlar davam edir. Bu müddət ərzində 400 mm-dən çox yağıntı düşüb.