BAKI, 18 may. TELEQRAF
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində 150-dən çox insan ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində sektorun xəstəxanalarına 459 yaralı və 153 ölü cəsədi çatdırılıb. İsrailin hücumları nəticəsində xeyli sayda insan isə küçə və yollarda dağıntılar altında qalıb.