
BAKI, 18 may. TELEQRAF
Niderlandda gələn il doqquz yeni müsəlman ibtidai məktəbi açılacaq.
Teleqraf “Trouw” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu, il ərzində açılan müsəlman təhsil müəssisələrinin rekord sayı olacaq.
Gələn ilin avqust ayından yeni İslam məktəbləri dövlət tərəfindən maliyyələşəcək. Onlar bir sıra böyük şəhərlərdə, o cümlədən Arnem, Qauda və Qroningendə fəaliyyət göstərəcək.
Xəbərdə bildirilir ki, Niderlandda İslam təhsili 2021-ci ildə dini məktəblərin açılması prosedurunu sadələşdirən yeni qanunun qüvvəyə minməsindən sonra fəal şəkildə inkişaf edib.