
BAKI, 17 may. TELEQRAF
Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini Dmirti Medvedev Qərbə mesaj ünvanlayıb.
Teleqraf xəbər verir ki, Ukrayna ilə bağlı danışıqlar prosesində ultimatum qoyacağı təqdirdə D.Medvedev Avropanı “daha dəhşətli müharibə” ilə hədələyib.
O deyib: "Danışıqlar haqqında ultimatum verən Rusiyanın bütün düşmənləri bir sadə şeyi yadda saxlamalıdırlar: sülh danışıqları özlüyündə heç də həmişə hərbi əməliyyatların dayandırılmasına səbəb olmur. Uğursuz danışıqlar yeni silahlar və yeni iştirakçılarla birgə müharibənin daha dəhşətli mərhələsinin başlanmasına səbəb ola bilər".