BAKI, 17 may. TELEQRAF

Mayın 19-27-də 78-ci Ümumdünya Səhiyyə Assambleyası toplanır.

Teleqraf xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Ümumdünya Səhiyyə Assambleyasının (WHA78) yetmiş səkkizinci sessiyası 2025-ci il mayın 19-dan 27-dək İsveçrənin Cenevrə şəhərində “Sağlamlıq naminə bütün dünya” devizi altında toplanacaq.

78-ci sessiyanın ən əlamətdar hadisəsi isə ÜST Üzv Dövlətlərdən ibarət Hökumətlərarası Danışıqlar Orqanı tərəfindən üç il ərzində aparılan gərgin danışıqlar nəticəsində hazırlanmış "Pandemiya Sazişi"nə baxılması olacaq.