
BAKI, 17 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp mayın 19-da rusiyalı həmkarı Vladimir Putinlə danışacaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bazar ertəsi Rusiya prezidentinə telefon açıb, onunla Ukraynadakı müharibə mövzusunda danışacaq.
Bundan başqa, Ağ Ev rəhbəri Putinlə planlaşdırılan telefon danışığından sonra Zelenski və NATO ölkələrinin rəhbərləri ilə də danışacağını bildirib.
O, V.Putin və V.Zelenski ilə danışıqlardan sonra Ukraynada atəşkəsin əldə olunacağına ümid etdiyini bildirib.