BAKI, 17 may. TELEQRAF

“Rusiya – İslam Dünyası” XVI Beynəlxalq İqtisadi Forumunun plenar iclasında Malayziyanın Baş naziri Ənvər İbrahim tatar klassiki Abdulla Tuqayın şeirini oxuyub.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb .

“Tatar xalqının fəxri, böyük şairiniz Abdulla Tuqay “Tormış” ("Həyat") şeirini 1908-ci ildə yazıb”, - siyasətçi bildirib.

Bundan əlavə, o, rus yazıçısı Lev Tolstoyun “Hacı Murad” əsərində Tatarıstan haqqında hörmətlə bəhs etdiyini xatırladıb.

Mayın 13-dən 18-dək Kazanda “Rusiya - İslam dünyası” forumu keçirilir. Forumda 100-dən çox xarici ölkə nümayəndələri iştirak edir.