BAKI, 17 may. TELEQRAF

Suriyanın paytaxtı Dəməşqdəki Kasyun dağında ABŞ-nin sanksiyalarının ləğvində oynadığı rola görə Türkiyəyə təşəkkür ifadə olunub.

Teleqraf xəbər verir ki, Suriyada səfəri zamanı Türkiyə xarici işlər naziri Hakan Fidan və yeni administrasiyanın rəhbəri Əhməd Şəra Kasyun dağında çay içərək Dəməşqin mənzərəsini seyr ediblər.

Dağın yamacında yazılmış “Təşəkkür edirəm Türkiyə” sözləri diqqət cəlb edib.

Kasyun dağı mağaraları və peyğəmbərlərə aid əfsanələri ilə tanınır.

Paytaxtın böyük bir hissəsinə hakim olan yüksəklik 2011-ci ildə Suriyada başlayan vətəndaş qırğınında döyüş meydanı olub.

Kasyun dağı Dəməşqin müdafiəsində strateji əhəmiyyətə malikdir.