BAKI, 16 may. TELEQRAF
Almaniyanın paytaxtı Berlində Fələstinə dəstək nümayişi zamanı 10 polis yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, polisə banka və digər əşyalar, qırmızı boya, şüşə və daş atılıb.
Nümayişçilərin ayaqları altda qalan polislərdən biri ağır xəsarət alıb.
Daha bir asayiş keşikçisinə qol sınığı diaqnozu qoyulub.
Ümumilikdə aksiyada 1100-ə yaxın insan iştirak edib. 50-dən çox nümayişçi saxlanılıb.