BAKI, 15 may. TELEQRAF

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff mayın 11-də İran nümayəndə heyəti ilə keçirilən görüşdə ölkənin xarici işlər naziri Abbas Əraqçiyə ABŞ-nin nüvə proqramı ilə bağlı ilk yazılı təklifini təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, danışıqlar ərəfəsində ilk yazılı təşəbbüs əslində İrandan gəlib. İran aprelin 12-də keçirilən ilk görüşdə ABŞ tərəfinə öz təkliflərini təqdim edib. Lakin həmin vaxt ABŞ nümayəndəsi Uitkoff sənədi qəbul etməyib və bildirib ki, konkret razılaşma üçün hələ vaxt yetişməyib.

Daha sonra, aprelin 26-da keçirilən görüş zamanı İran yenidən yazılı təklif irəli sürüb və bu dəfə ABŞ tərəfi sənədi qəbul edib.