BAKI, 14 may. TELEQRAF
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Witkoff Dohada açıqlama verərək bildirib ki, o və ABŞ Dövlət katibi Marko Rubio Ukrayna üzrə danışıqlarda iştirak etmək məqsədilə mayın 16-da İstanbula gedəcək.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.
Qeyd edək ki, danışıqlar 2022-ci ildə dayandırılmış birbaşa Rusiya-Ukrayna dialoqunun bərpası məqsədi daşıyır. Rusiya Prezidenti Vladimir Putin mayın 11-də Ukrayna hakimiyyətini ilkin şərt olmadan danışıqlara başlamağa çağırıb və təklif edib ki, görüş mayın 15-də İstanbulda başlasın.
Ukrayna Prezidenti Volodimir Zelenski isə mayın 15-də İstanbula gələcəyini açıqlayıb.
***
18:28
BAKI, 14 may. TELEQRAF
ABŞ Dövlət katibi Marko Rubio bu həftənin cümə günü İstanbula səfər edəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.
Səfərin məqsədi hələlik açıqlanmıyıb.