BAKI, 14 may. TELEQRAF

Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampı əcdadlarının vətəninə səfərə dəvət edib.

Teleqraf xəbər verir ki, məlumatı "Der Tagesspiegel" yayıb.

Nəşrin qeyd etdiyi kimi, amerikalı siyasətçinin əcdadları Reynland-Pfalts federal əyalətinin şərabçılıq şəhəri olan Bad-Dürkhaym şəhərinin Kalştadt ərazisindəndir. Trampın nənə və babası XIX əsrin sonlarında oradan Nyu-Yorka köçüblər. Merts bu bölgəni tanıyır, çünki orada hərbi xidmət keçib.

"Mən Trampı Almaniyaya gəlməyi və onunla doğma şəhəri Bad Dürkhaymə baş çəkməyi təklif etdim. Bəli, mən də onunla ora gedəcəyəm", - Merts belə deyib.

Kansler həmçinin tezliklə ABŞ liderini Vaşinqtonda ziyarət edəcəyini də təsdiqləyib.