BAKI, 14 may. TELEQRAF
İstanbul bələdiyyəsinin həbsdə olan sabiq rəhbəri Əkrəm İmamoğluna daha bir maddə ilə cinayət işi açılıb.
Teleqraf “Anadolu” agentliyinə istinadən xəbər verir ki, keçmiş bələdiyyə sədri həbsdə olarkən, ədliyyə işçilərini təhqir edib.
Həmin səbəbdən onun barəsində “dövlət məmurunu təhqir etmək” maddəsi ilə cinayət işi başladılıb.
Məlumata görə, Ə.İmamoğlu “silahlı terror təşkilatına yardım etmək” ittihamı ilə bağlı verdiyi ifadəsində ədliyyə işçilərinə qarşı təhqiramiz ifadələr işlədib.