BAKI, 14 may. TELEQRAF

Rusiya Federal Təhlükəsizlik Bürosunun Rostov idarəsinin əməkdaşları Novoçerkassk administrasiyasının rəhbəri Yuri Lısenkonu saxlayıblar.

Teleqraf Rusiyanın hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, o, rüşvət almaqda şübhəli bilinir.

Rostov vilayəti hökumətindəki mənbələrin sözlərinə görə, Y.Lısenko hədə-qorxu ilə 20 milyon rubl mənimsəyib.

İstintaq hesab edir ki, 2024-cü ildə Novoçerkassk meri tabeçiliyində olan şəxsin vasitəçiliyi ilə inşaatçıdan torpaq sahəsi və bu ərazidə yaşayış binasının tikintisi üçün xidmətlərin göstərilməsi şəklində ümumilikdə 8 milyon rubl məbləğində rüşvət alıb.

Qeyd olunur ki, şəhər administrasiyasının əməkdaşı da vasitəçilik fəaliyyətinə görə saxlanılıb.