BAKI, 14 may. TELEQRAF
Ukrayna faydalı qazıntılarla bağlı saziş çərçivəsində əlavə razılaşmalar imzalayıb.
Teleqraf xəbər verir ki, məlumatı ölkənin İqtisadiyyat Nazirliyi təsdiqləyib.
"Forbes"in yazıdğına görə, Ukrayna ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası ilə yeraltı sərvətlər üzrə iki kommersiya sazişi imzalayıb.
Ukrayna tərəfdən sənədləri İqtisadiyyat Nazirliyi yanında Dövlət-Özəl Tərəfdaşlığa Dəstək Agentliyinin direktoru Niko Qaçeçiladze imzalayıb.
Sazişlərin şərtləri açıqlanmayıb.