BAKI, 13 may. TELEQRAF

ABŞ İranı neft ixrac etmək imkanından məhrum etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Amerika lideri Donald Tramp Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı – ABŞ investisiya forumunda deyib .

D.Tramp bildirib: “Vaşinqton İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək niyyətindədir. Tərəflər nüvə proqramı ilə bağlı razılığa gələ bilməsələr, Ağ Ev İslam Respublikasının neft ticarətini kəsməyə hazırdır”.