BAKI, 13 may. TELEQRAF
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə “Telegram”da Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb .
Kiyev və Vaşinqton nümayəndələri telefonla Türkiyədə Ukrayna üzrə danışıqların perspektivlərini müzakirə ediblər.
Yermak Rubioya Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlara qatılmağa hazır olduğunu təsdiqləyib.