BAKI, 13 may. TELEQRAF

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Rusiyalı diplomat bildirib: “İstanbulda nümayəndə heyətləri arasında danışıqların aparılmasını təklif edən Rusiya Prezidenti Vladimir Putinin bəyanatlarını qiymətləndiririk.

Nümayəndə heyətimiz mayın 15-də orada olacaq və Ukrayna tərəfini gözləyəcək".

D.Peskov Rusiya nümayəndə heyətinin tərkibinin prezidentin müvafiq göstərişi olduqda açıqlanacağını da vurğulayıb.

Yada salaq ki, Ukrayna lideri Volodimir Zelenski mayın 15-də Türkiyədə olacağını və orada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini təsdiqləyib. O, Putinlə Ankara və ya İstanbulda görüşməyi hazır olduğunu da vurğulayıb.