BAKI, 2 may. TELEQRAF
İstanbul Baş Prokurorluğu jurnalist Yılmaz Özdilə qarşı sosial şəbəkədəki paylaşımlarına görə istintaq tədbirlərinə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İstanbul Prokurorluğu məlumat yayıb.
"Yılmaz Özdil haqqında sosial media hesabında Türkiyə Respublikasını hədəf alan aşağılayıcı paylaşıma görə Türkiyə Cinayət Məcəlləsinin uyğun maddəsi üzrə istintaq başladılıb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Yılmaz Özdil "X" sosial şəbəkəsində "Türkiyə Cümhuriyyəti Dövləti bu andan etibarən dövlət olmaq özəlliyini itirmiş durumda" ifadəsini paylaşıb.
