BAKI, 13 may. TELEQRAF
Özbəkistanın paytaxtı Daşkənddə məktəblərindən birində ibtidai sinif müəllimi məktəb rəhbərliyi ilə razılaşdırmadan 9 May - Qələbə günü münasibəti ilə tədbir keçirdiyi üçün işdən çıxarılıb.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Daşkənd təhsil idarəsinin mətbuat xidməti məlumat yayıb.
“2025-ci il mayın 9-da Daşkəndin Çilanzar rayonundakı məktəblərin birində ibtidai sinif müəllimi qrafikə uyğun olaraq birinci saata təyin edilmiş riyaziyyat dərsini keçirmək əvəzinə, məktəb rəhbərliyinə xəbərdarlıq etmədən, 4-G sinfinin şagirdləri üçün Qələbə gününə həsr olunmuş tədbir keçirməyə cəhd edib. Məktəb rəhbərliyi dərs saatlarında belə tədbirlərin keçirilməsinin yolverilməzliyi ilə bağlı müəllimə bir neçə dəfə xəbərdarlıq edib. Belə tədbirlər dərsdən sonra keçirilməli, icazəsiz hərəkətlər baş verdikdə müəllim işdən çıxmaq barədə ərizə yazmalıdır”, - deyə şöbədən bildirilib.