BAKI, 8 may. TELEQRAF

"Rusiya Federasiyasının Sovet İttifaqının marşalı İvan Konevin Praqada ucaldılan və 2020-ci ildə sökülən abidəsi üzərində heç bir hüququ yoxdur".

Teleqraf xəbər verir ki, bunu Çexiya Xarici İşlər Nazirliyinin rəhbəri Yan Lipavski "X" sosial şəbəkəsində bildirib.

O yazıb: “Rusiyanın heykəl üzərində heç bir hüququ yoxdur”.

Y.Lipavskinin sözlərinə görə, çex bolşevikləri “bu dekorasiyanı 1980-ci ildə Praqa-6 meydanında Moskvanın qılığına girmək üçün” ucaldıblar, "çex demokratları isə onu sökmək qərarına gəliblər".

2019-cu ilin sentyabrında Konev abidəsinin yerləşdiyi ərazinin yerli şurasının üzvləri abidəni muzeylərdən birinə köçürmək fikrinə düşüblər. Abidə 2020-ci ilin aprelində sökülüb.

Qeyd edək ki, Rusiyada Latviya, Litva, Estoniya, Polşa və Çexiyadan olan 50-dən çox məmura qarşı hərbi məzarların və həlak olmuş sovet əsgərlərinin xatirə abidələrinin dağıdılması ilə bağlı cinayət işi açılıb. Epizodlardan biri Praqada Sovet marşalı İvan Konevin abidəsinin sökülməsi ilə bağlıdır.