BAKI, 2 may. TELEQRAF

Boliviya Amazonunda biri uşaq olmaqla beş nəfəri daşıyan yüngül təyyarə itkin düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Boliviya Prezidenti Luis Arse bildirib.

O, axtarış-xilasetmə əməliyyatlarının başlanmasına göstəriş verib.

Boliviyanın Mülki Aviasiya idarəsi məlumatı təsdiqləyib. Belə ki, təyyarə sonuncu dəfə aprelin 30-u, günorta saatlarında Trinidad hava limanında hava hərəkəti dispetçerləri ilə əlaqə saxlayıb.