BAKI, 1 may. TELEQRAF

İsrailin Qəzza zolağındakı hərbi əməliyyatının əsas məqsədi HƏMAS hərəkatına qalib gəlməkdir.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu bildirib.

"Bizim bir çox məqsədimiz var, 59 qaçırılmış şəxsi geri qaytarmaq istəyirik, amma müharibənin əsas məqsədi düşmənimizə qalib gəlməkdir", – o qeyd edib.

Qeyd edək ki, martın 18-də İsrail ordusu Qəzza zolağında yenidən əməliyyatlara başlayıb. Bununla 2025-ci ilin yanvarında əldə olunmuş atəşkəs başa çatıb.

İsrail tərəfi bildirir ki, hərbi əməliyyatın əsas məqsədi Qəzzada saxlanılan girovları azad etməkdir. Son məlumatlara görə, hazırda HƏMAS Qəzza zolağında 24 girov və 35 nəfərin cəsədini saxlayır.