BAKI, 1 may. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi iki Virciniya sinifli dördüncü nəsil çoxməqsədli nüvə sualtı qayıqlarının tikintisi üçün "General Dynamics" və "Huntington Ingalls" şirkətləri ilə 18,4 milyard dollar dəyərində müqavilələr bağlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat verilib.
Müqavilələrə iki sualtı qayığın istehsalı ilə yanaşı, gəmiqayırma zavodlarında məhsuldarlığın artırılmasına və nüvə enerjisi ilə işləyən gəmiqayırma proqramına investisiyalar daxildir.
"General Dynamics" ilə müqavilənin dəyəri 12,4 milyard dollar, "Huntington Ingalls" ilə isə təxminən 1,3 milyard dollardır.
Bildirilir ki, müqavilələrin ümumi dəyəri 18,445 milyard dollara çatdırıla bilər.
Müqavilələr üzrə işlər 2036-cı ilin iyun ayına kimi başa çatdırılmalıdır.