BAKI, 29 aprel. TELEQRAF

Rumıniyada döyüş sursatı və silahları sınaqdan keçirən hərbi laboratoriyada partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "Antena 3" telekanalı məlumat yayıb.

Belə ki, hadisə çərşənbə axşamı Buxarestdə ordunun sınaq laboratoriyasında olub.

Telekanalın məlumatına görə, yanğın nəticəsində bir nəfər dəm qazından zəhərlənib.

Hazırda həlak olanların olub-olmadığını müəyyənləşdirilir.