
BAKI, 27 aprel. TELEQRAF
Yaponiya ABŞ-nin Çinə yönəlmiş iqtisadi blokuna qoşulmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg"dəki məqalədə qeyd olunub.
Nəşr xatırladıb ki, bir çox başqa ölkələr kimi Yaponiya da ABŞ Prezidenti Donald Trampın tariflərindən daimi azad olmağa çalışır. Xüsusilə, rəsmilər "Bloomberg"ə anonim olaraq bildiriblər ki, Yaponiya tariflərin 90 günlük müddəti başa çatmadan müqavilə bağlamaq istəyir. Rəsmilərdən biri Yaponiyanın iyunda keçiriləcək “Yeddilik Qrupu” sammitindən əvvəl razılığa gəlməyə ümid etdiyini də bildirib.
Bununla belə, rəsmilər qeyd ediblər ki, Yaponiya ABŞ-ın Çinə ticarət təzyiqi yaradacaq heç bir addımına cəlb olunmaq istəmir. Pekin Tokionun ən böyük ticarət tərəfdaşı və mühüm xammal mənbəyidir
“ABŞ Yaponiyaya Çinlə bağlı konkret tələblər irəli sürməsə də, bu baş verərsə, Tokio öz maraqlarını üstün tutacaq”, yapon rəsmiləri əlavə edib.
Yaponiya Çinə dəfələrlə çip ixracı və yarımkeçiricilərə qoyulan məhdudiyyətlərlə bağlı ABŞ-ın mövqeyini tam bölüşmədiyini açıqlayıb.
Bu arada, Yaponiya ABŞ-la razılığa gəlməyə çalışarkən, Çin hökuməti ölkələri buna qarşı xəbərdarlıq edib.
Yaponiyanın hakim Liberal Demokrat Partiyasından olan millət vəkili və keçmiş xarici işlər naziri Kono Taro "Bloomberg"ə deyib: "Çinlə bağlı iqtisadi təhlükəsizlik və təchizat zəncirinin məsələlərində çox diqqətli olmalıyıq
"Reuters" isə yazır ki, Çin bəzi Amerika mallarına tarifləri ləğv etməyə hazırdır . Bunlara vaksinlər, kimyəvi maddələr və təyyarə mühərrikləri daxil ola bilər, lakin bu məlumatın doğruluğunun rəsmi təsdiqi yoxdur.