BAKI, 25 aprel. TELEQRAF

Amerikanın “The Economist” jurnalı son sayının üz qabığını ABŞ-ni simvolizə edən yaralı və sarğılı qartal şəkli ilə bəzədib və Donald Trampın prezidentlik müddətinin sonuna qədər gerisayım yazıb.

Teleqraf xəbər verir ki, jurnal yeni üz qabığında Trampın prezidentlik müddətinə “cəmi 1361 gün qaldığını” xatırladır.

"Donald Tramp artıq Amerikaya ciddi ziyan vurub. Onun inqilabi layihəsi uğur qazanacaqmı?"- fikirləri nəşrin "X" sosial şəbəkəsindəki rəsmi hesabında qeyd olunub.