BAKI, 24 aprel. TELEQRAF
"Yaxın bir neçə gün Ukraynada nizamlanma üzrə danışıqlar üçün çox vacib olacaq".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Biz bu müharibəni bitirmək istəyirik. Hesab edirəm ki, biz bu məsələdə çox irəliləyiş əldə etmişik. Yaxın bir neçə gündə nə baş verəcəyini görəcəyik. Bu çox vacib olacaq. Hazırda danışıqlar gedir", - Amerika lideri deyib.
O həmçinin həm Moskva, həm də Kiyev tərəfindən qəbul ediləcək sülh sazişinin tezliklə hazırlanmasının mümkünlüyünə əminliyini ifadə edib.
"İnanıram ki, Rusiya və Ukrayna bu təklifi qəbul edəcəklər. Düşünürəm ki, biz bunu tezliklə başa çatdıracağıq", - Amerika lideri bildirib.