BAKI, 23 aprel. TELEQRAF

"Artan idxal tariflərinin iqtisadi təsiri hələ bir müddət ABŞ-də hiss olunacaq".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı bildirib.

"Əslində yaxşı gedirik. Mən birjaların yüksəldiyini gördüm, amma biz keçid dövründəyik, bir müddət ölkələrə təsiri olacaq, amma onlarla yaxşı işimiz var", - Amerika lideri tariflərlə bağlı sualı cavablandırarkən deyib.