BAKI, 23 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauelə müraciət edib.

Teleqraf xəbər verir ki, Tramp onu əsas uçot dərəcəsini mümkün qədər tez azaltmağa çağırıb.

"Mən onu işdən çıxarmaq fikrində deyiləm. İstərdim ki, o, faiz dərəcəsini endirmək ideyası baxımından bir az daha aktiv olsun", - o vurğulayıb.

Trampın sözlərinə görə, indiki dövr belə bir tədbir üçün idealdır.