BAKI, 23 aprel. TELEQRAF
Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoff arasındakı dialoqla bağlı yayılan bəzi xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
Teleqraf xəbər verir ki, o, "Financial Times"da dərc edilən məlumatı təkzib edib.
Peskov hazırda çoxlu saxta məlumatlar dərc olunduğunu və buna görə də etibarlı mənbələrə diqqət yetirmək lazım olduğunu bildirib.
"Hazırda çoxlu saxta məlumatlar, hətta hörmətli nəşrlər tərəfindən dərc olunur, ona görə də yalnız orijinal mənbələrə qulaq asmalısınız", - Peskov deyib.