BAKI, 22 aprel. TELEQRAF
ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff bu həftə Rusiyaya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə məlumat verib.
O bildirib ki, Uitkoff Rusiyada Prezident Vladimir Putinlə görüşməyə ümid edir.
"Mən Donald Tramp və Steven Uitkoff ilə indicə Oval kabinetdə idim. Onlar istəyirlər ki, hər kəs danışıqlar prosesinin davam etdiyini bilsin. Biz düzgün istiqamətdə hərəkət etdiyimizə ümid edirik", - Levitt əlavə edib.