BAKI, 21 aprel. TELEQRAF
"Rusiya və Ukrayna gələn həftə (bu həftə -red) razılığa gələcəklər".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Trampın sözlərinə görə, razılığın əldə olunması ölkələrə ABŞ ilə genişmiqyaslı iqtisadi əməkdaşlığa başlamağa imkan verəcək. O, ABŞ-nin çiçəkləndiyini və bu tərəfdaşlığın bütün tərəflərə fayda verəcəyini vurğulayıb.
"Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılığa gələcək. Hər iki tərəf Amerika Birləşmiş Ştatları ilə böyük iş görəcək və sərvət qazanacaq", - Tramp deyib.