BAKI, 19 aprel. TELEQRAF

Suriyanın keçid hökuməti İraqla sərhəddə silahlı birləşmələrin fəallığının artması ilə əlaqədar sərhəd bölgələrində təhlükəsizliyi gücləndirmək üçün tədbirlər görüb.

Teleqraf xəbər verir ki, bu barədə "Syria TV" məlumat verir.

Məlumata görə, Suriyaya Dəməşqdən göndərilən hərbi qüvvələr keçid məntəqəsinin yerləşdiyi Bukamal şəhərinə gəlib. Onlara Deyr əz-Zor əyalətində şərq sərhədinin bir neçə sahəsinə nəzarəti ələ keçirmək tapşırılıb.

Xüsusi təyinatlıların sayı barədə məlumat verilmir.