BAKI, 19 aprel. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi yaxın aylarda Suriyadakı hərbi kontingentini 1000-dən az əsgərə qədər azaltmaq niyyətində olduğunu təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun ictimai məsələlər üzrə köməkçisi Şon Parnel məlumat verib.
"Bu konsolidasiya İŞİD-in regional və qlobal səviyyədə cəlbediciliyini və əməliyyat potensialını azaltmaq üçün atdığımız mühüm addımları əks etdirir. Bu məqsədyönlü və şərti proses qarşıdakı aylarda Suriyadakı Amerika hərbçilərinin sayının 1000-dən az olması ilə nəticələnəcək", - o qeyd eib.
Bildirilib ki, ABŞ Mərkəzi Komandanlığı Suriyadakı İŞİD qalıqlarına zərbələr endirməyə davam edəcək.