BAKI, 19 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetindən son on ildə bütün xarici ianələr, qrantlar və müqavilələr haqqında məlumat verməsini tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə "Wall Street Journal" ABŞ Təhsil Nazirliyinin məktubuna istinadən yazır.
Univertsitetin prezidenti Alan Qarberə ünvanlanan məktubda təhsil ocağının 2014-2019-cu illər üçün maliyyələşdirmə ilə bağlı “natamam və qeyri-dəqiq” məlumat verdiyi bildirilir.
Nəşr qeyd edir ki, eyni zamanda, Təhsil Nazirliyi mümkün xarici təsirlərə dair heç bir sübut təqdim etməyib.
Universitet rəsmiləri cavab olaraq bildiriblər ki, belə hesabatlar mütəmadi olaraq təqdim edilib və bütün qanuni tələblərə əməl olunub.