BAKI, 16 aprel. TELEQRAF

Yaponiya və ABŞ arasında gömrük rüsumları ilə bağlı danışıqlar bu gün başlayacaq.

Teleqraf xəbər verir ki, Yaponiya bu addımı atan ilk ölkələrdən biri olacaq və bununla da ABŞ-nin son zamanlar tətbiq etdiyi yüksək tariflərdən geri addım atmağa nə qədər hazır olduğunu yoxlayacaq.

Tokionun əsas ticarət nümayəndəsi ABŞ maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymison Qrierlə görüşəcək. Danışıqlar zamanı təkcə tariflər deyil, həm də enerji layihələri və valyuta məzənnələri kimi həssas məsələlərin də müzakirə olunacağı gözlənilir.

ABŞ maliyyə naziri Bessent bildirib ki, danışıqlara ilk başlayan ölkələr üçün "ilk addım atan üstünlük qazanır", çünki artıq 75-dən çox ölkə Vaşinqtonla bu mövzuda görüşmək istəyib.

Bununla belə, Yaponiya baş naziri bildirib ki, ABŞ-nin yaxın müttəfiqi olmasına baxmayaraq, Tokio tələsik razılaşma əldə etməyə çalışmayacaq və böyük güzəştlər etməyi planlaşdırmır.