
BAKI, 14 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp "CBS" telekanalını və "60 Dəqiqə" proqramını məhkəmə və yayım lisenziyasını almaqla hədələyib.
Teleqraf xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, "60 Dəqiqə" proqramı Ukraynada baş verən münaqişə və Qrenlandiya ilə bağlı yayımlanan xəbərlərdə onun haqqında yalan məlumatlar verib. Tramp bu xəbərləri böhtan hesab edir.
"60 Dəqiqə" və "CBS"ni məhkəməyə vermək mənim üçün böyük şərəfdir. Onlar xəbər vermir, sadəcə siyasi oyunbazlıq edirlər və buna görə də məsuliyyət daşımalıdırlar. Onların yayım lisenziyası ləğv olunmalıdır!" – Tramp paylaşımında qeyd edib.
Tramp həmçinin, ümid edir ki, ABŞ-nin Federal Rabitə Komissiyası (FCC) "CBS"ə qarşı sərt cəzalar tətbiq edəcək və onları ciddi şəkildə cəzalandıracaq.