BAKI, 13 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi vasitələrdən istifadə edə biləcəyini söyləyərkən son dərəcədə ciddidir.

Teleqraf xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset "Fox News" telekanalına müsahibəsində deyib.

Heqset qeyd edib ki, Tramp İranın nüvə bombasına malik olmadığına əmin olmaq üçün Pentaqonu araşdırmalara cəlb edə bilər.