BAKI, 11 aprel. TELEQRAF
ABŞ İran neftinin daşınmasına görə Çinin "Guangsha Zhoushan Energy Group Co Ltd" şirkətinə və 30 tankerə qarşı sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.
Dövlət Departamenti həmçinin İran neftinin nəqlində iştirak edən üç gəmi xidməti şirkətinə sanksiyalar tətbiq olunduğunu qeyd edib.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ərəb Əmirlikləri və Hindistanın hüquqi şəxslərinə İran neftini tədarük etdiklərinə görə sanksiyalar qoyub.