BAKI, 11 aprel. TELEQRAF

ABŞ Qrenlandiyanı Birləşmiş Ştatlara qoşulmağın faydalarına inandırmaq üçün PR kampaniyasına başlamaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə "New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.

“Planın təfərrüatı qeyri-müəyyən olaraq qalır, lakin müzakirələr zamanı heç vaxt güc yolundan istifadə nəzərdən keçirilməyib”, - nəşr yazır.

Qeyd edilir ki, bunun əvəzində PR-a ciddi diqqət yetirilir.

Qəzet həmçinin yazır ki, PR kampaniyasının elementlərindən biri Qrenlandiyanın yerli inuit əhalisinin Alyaskadakı inuitlərlə qohumluğunun vurğulanması ola bilər.