.jpg)
BAKI, 6 aprel. TELEQRAF
İran ABŞ ilə danışıqlar zamanı nüvə proqramından başqa heç nəyi müzakirə etməyəcək.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Həmid Rza Hacı Babai deyib.
O vurğulayıb ki, Tehranın Vaşinqtonla dolayı danışıqlar aparmaq qərarı ABŞ-yə cavabdır.
Hacı Babai əlavə edib ki, İran ABŞ-nin Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə öhdəliklərini yerinə yetirməməsi, həmçinin daimi təhdid və sanksiyalar səbəbindən birbaşa danışıqlardan imtina edib.