
BAKI, 6 aprel. TELEQRAF
İran Qərblə danışıqlarda bərabər şərait yaratmaq üçün nüvə silahını inkişaf etdirməlidir.
Teleqraf xəbər verir ki, bunu İranın deputatı Məhəmməd Qasim Osmani deyib.
Onun sözlərinə görə, İran hərbi münaqişədən qaçmaqda ağıllı və məntiqli davranır, lakin “qlobal təkəbbür” ona başqa seçim qoymayıb.
“Yeganə yol, çəkindirmə vasitəsi kimi nüvə silahının yaradılması istiqamətində sürətli və qarşısıalınmaz hərəkətdir”, - o deyib.
O qeyd edib ki, İran bütün sahələrdə, o cümlədən milli təhlükəsizlik sahəsində nüvə silahının yaradılmasından faydalana biləcək.
Osmani hesab edir ki, nüvə Tehranı Qərblə “bərabər şərtlərlə” danışıqlara aparacaq.