
BAKI, 6 aprel. TELEQRAF
ABŞ yeni tarif məhdudiyyətlərinin tətbiqini təxirə salmaq niyyətində deyil.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin ticarət naziri Hovard Lutnik "CBS News" kanalına deyib.
Latnik qeyd edib ki, ABŞ bəzi tərəfdaş ölkələrin bu məsələ ilə bağlı danışıqlar aparmaq xahişinə baxmayaraq, planlarını dəyişməyəcək.
Daha öncə 50-dən çox ölkənin ticarət tariflərinin tənzimlənməsi ilə bağlı danışıqlar aparmaq üçün ABŞ prezident administrasiyasına müraciət etdiyi açıqlanmışdı.