
BAKI, 6 aprel. TELEQRAF
50-dən çox ölkə Vaşinqtonun tətbiq etdiyi idxal tariflərinin azaldılması və ya ləğv edilməsini müzakirə etmək üçün ABŞ-yə müraciət edib.
Teleqraf xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset açıqlayıb.
"Mən dünən ABŞ-nin ticarət məsələləri üzrə nümayəndəsindən bir hesabat aldım. 50-dən çox ölkə danışıqlara başlamaq üçün Donald Trampa müraciət edib", - o deyib.
Hasset qeyd edib ki, onlar tariflərin azadlmasını və ya ləğv edilməsini istəyirlər.
Aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.